Birinci vitseprezident Mehriban Əliyeva: "Yeniyetmə şahmatçımız Aydın Süleymanlının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər"


Siyasət 13 Okt 2019 12:04:10 288 0

Birinci vitseprezident Mehriban Əliyeva: "Yeniyetmə şahmatçımız Aydın Süleymanlının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər"

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram"dakı rəsmi səhifəsində.

Paylaşımda deyilir:

" Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"