AzTVnin məşhur aparıcısı ağır qəzaya düşdü FOTO


Digərləri 13 Okt 2019 11:45:00 257 0

AzTVnin məşhur aparıcısı ağır qəzaya düşdü  FOTO

AzTV-nin tanınmış aparıcılarından olan Rəşad Mehdilinin avtomobili ağır yol qəzasına düşüb.

Son.az publika.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə Sumqayıtda baş verib. Belə ki, sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobil teleaparıcıya məxsus olan 99 TV 484 dövlət qeydiyyatlı "Nissan"a çırpılıb. Xoşbəxtlikdən teleaparıcı hadisə zamanı xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.