İranda ağır qəzada 6 nəfər öldü


Digərləri 13 Okt 2019 09:31:00 273 0

İranda ağır qəzada 6 nəfər öldü

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda “Pride” markalı avtomobil “Peugeot” markalı avtomobillə toqquşub

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda “Pride” markalı avtomobil “Peugeot” markalı avtomobillə toqquşub. Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb. Xaledi əlavə edib ki, yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.