Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 13 Okt 2019 08:15:00 256 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini təşkil edir. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 138 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normadan az olub. Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normadan az olub.