Səudiyyə kralı ABŞ-ın hərbi qoşunlarının Səudiyyə Ərəbistanda yerləşdirilməsini təsdiqləyib


Digərləri 13 Okt 2019 00:25:00 397 0

Səudiyyə kralı ABŞ-ın hərbi qoşunlarının Səudiyyə Ərəbistanda yerləşdirilməsini təsdiqləyib

Səudiyyə Ərəbistanının kralı keçən ay krallığın neft obyektlərinə edilən hücumdan sonra ABŞ-ın əlavə qoşun və texnikalarının yerləşdirilməsini təsdiqləyib

Bakı, Səudiyyə Ərəbistanının kralı keçən ay krallığın neft obyektlərinə edilən hücumdan sonra ABŞ-ın əlavə qoşun və texnikalarının yerləşdirilməsini təsdiqləyib. Trend-in məlumatına görə, Birləşmiş Ştatlar Səudiyyənin əzəli rəqibi olan İranla münasibətlərdəki gərginliyin artması fonunda qırıcı heyətlər, hava ekspeditor qanadları və hava hücumundan müdafiə heyəti daxil olmaqla, Körfəz əyalətinə 3000-ə yaxın hərbçinin yerləşdirildiyini elan edib. Qeyd edək ki, prezident Donald Tramp Amerika qoşunlarının Səudiyyə Ərəbistanın ərazisində yerləşdirilməsinə görə Səudiyyə hökümətindən müəyyən miqdarda maliyyə güzəştləridə əldə edib. "SPA" hesabatında bunun yalnız iki ölkə arasındakı "tarixi əlaqələr və (a) yaxşı qurulmuş tərəfdaşlıq" kontekstində çıxdığı bildirilir.