Tərkibi vitamin və minerallarla zəngin olan pərpətöyün sağlamlıq üçün çox faydalıdır


Digərləri 12 Okt 2019 23:57:00 477 0

Tərkibi vitamin və minerallarla zəngin olan pərpətöyün sağlamlıq üçün çox faydalıdır

Pərpətöyünün tarixi 4 min il əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir sıra xəstəliyə qarşı qoruyucu təsiri var.

Doymamış yağ turşuları, xüsusilə Omega-3 və digər turşularla zəngin olan pərpətöyün ürək-damar sağlamlığını qoruyur. Tərkibindəki zəngin komponentlər sayəsində həm xolesteronu aşağı salır, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayır.

Bakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyur.

(adsgarden = window.adsgarden || []).push({});