İran Suriya kürdləri ilə Türkiyə arasında vasitəçi olmağı təklif edir


Dünya 12 Okt 2019 23:11:00 377 0

İran Suriya kürdləri ilə Türkiyə arasında vasitəçi olmağı təklif edir

İran şənbə günü Türkiyənin Suriyanın şimalında kürd qüvvələrinə qarşı hücumundan sonra Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin oluması üçün Suriya kürdləri, Suriya höküməti və Türkiyə arasında danışıqlar təşkil etməyi təklif edib.

Təklifi irəli sürən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 21 il bundan öncə imzalanan təhkükəsizlik sazişinə istinad edib. Həmin sazişdə Dəməşqin Türkiyə dövlətinə hədə olaraq görülən PKK militantlarına sığınacaq verməsinə son qoyması tələb olunur.

Türkiyə ilə Suriya arasında hələ də qüvvədə olan Adana Razılığı təhlükəsizliyi təmin etməyin daha yaxşı yolu ola bilər. Məhhəməd Cavad Zərif "Türkiyə ilə Suriya arasında hələ də qüvvədə olan Adana Razılığı təhlükəsizliyi təmin etməyin daha yaxşı yolu ola bilər", Zərif deyib.

"İran süriyalı kürdlər, Suriya höküməti və Türkiyəni bir araya gətirməyə yardım edə bilər ki, Suriya Ordusu Türkiyə ilə birlikdə sərhədi mühafizə etsin"- deyə, o, TRT World kanalına müsahibəsində bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İranın bu çağırışı Türkiyənin Suriyanın kürd YPG yarı hərbi dəstəsinə qarşı apardığı əməliyyatın dördüncü gününə təsadüf edib. Ankara YPG-ni PKK ilə əlaqəsi olan terror qrupu olaraq görür.

Birləşmiş Ştatlar Ankaranı əməliyyatı dayandırmağa inandırmaq cəhdlərini artırıb və Ankaranın münasibətlərə "böyük ziyan" vurduğunu və sankiyalarla üzləşə biləcəyini bildirib.