Türkiyəyə qarşı ABŞ və Avropadan elə bir şey istədilər ki...


Dünya 12 Okt 2019 22:57:00 270 0

Türkiyəyə qarşı ABŞ və Avropadan elə bir şey istədilər ki...

Türkiyə Silahlı Qüvvələri və Suriya Mili Ordusunın Suriyanın şimalında həyata keçirdiyi "Sülh Çeşməsi" (Barış Pınarı) əməliyyatı çərçivəsində ağır zərbələr alan PYD terror təşkilatı ABŞ və Avropadakı müttəfiqlərinə kömək üçün yalvarmağa başlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Fransanın "Le Figaro" nəşrinə danışan təşkilatın liderlərindən biri olan Məzlum Kobani ləqəbli Fərhad Abdi Şahin ABŞ-ın Türkiyə və PYD arasında vasitəçilik etməsinə razı olduqlarını söyləyib.

"Amerikalıların vasitəçilik təklifini qəbul edirik. Amerikalılardan Türkiyə tərəfindən başladılan müharibəyə son verilməsini təmin etməsini tələb edirik. Müharibə bitməsə, ABŞ-ın xəyanət etdiyini düşünəcəyik. Hələ ki, məyusuq. Bizim gözlərimizdə amerikalıların etibarı zədələndi", - o deyib.

Şahin həmçinin, ABŞ və Avropadan Suriyanın şimal-şərqində uçuşa qadağan bölgənin elan edilməsini istəyib.