Uşaqlar üçün hansı qidalar təhlükəlidir? –


Digərləri 12 Okt 2019 22:20:00 238 0

Uşaqlar üçün hansı qidalar təhlükəlidir? –

ABŞ-ın Qidalanma və diyetologiya, Uşaq stomatologiyası, Pediatriya akademiyaları və Kardiologiya Assosiasiyası qida təhlili üzrə Healthy Eating Research (HER) təşkilatının rəhbərliyi altında 5 yaşına çatmamış uşaqlara ana südünün, südlü qarışıqların (süni qidanın), su və adi heyvan mənşəli südün verilməsi haqqında tövsiyələrini təqdim ediblər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Həmid Hacıağayev açıqlayıb. Mütəxəssislər yüksək qida dəyəri olmayan məhsulların istifadəsinin təhlükəli olduğu haqqında xəbərdarlıq ediblər.

Buraya daxildir:

- tərkibində dadlandırıcı maddələr olan süd (məsələn, şokoladlı, çiyələkli);

- tərkibində şəkər olan v aşağı kalorili şirin içkilər;

- tərkibində şəkər, natrium və yağların çox olduğu südlü qarışıqlar (süni qidalar);

- kofein tərkibli içkilər;

- bitki yağı (məsələn, badam, düyü və yulaf yağları).

Tövsiyələr ABŞ-da sağlam uşaqlar üçün nəzərdə tutulub və qidalanma üzrə sağlamlığın kontrolu üçün yaxud individual qidalanma rasionunun qurulmasını (məsələn, heyvan mənşəli məhsulların qadağan edilməsini) tələb edən xüsusi təlimatların zəruri olduğu tibbi hallara aid deyil.

Tədqiqatlara əsasən, süd, südlü qarışıqlar və uşaqların 5 yaşadək içdiyi digər məhsullar onların sağlamlığına həm içdikləri zaman, həm də gələcəkdə böyük təsir göstərmiş olurlar.

Hər uşağın individual olduğunu nəzərə alaraq, ABŞ-ın öndə gedən tibbi təşkilatları ümumi qərar gəliblər ki, təqdim etdikləri tövsiyələr uşaqların əksəriyyətinin sağlam böyüməsini və inkişafını təmin edəcəklər.

(adsgarden = window.adsgarden || []).push({});