İmmuniteti belə gücləndirin –


Digərləri 12 Okt 2019 21:55:00 290 0

İmmuniteti belə gücləndirin –

Fəsil dəyişməsi, havaların soyuması soyuqdəymə, zökəm, qripin geniş yayılmasına səbəb olur. Çoxları xəstələnməmək, viruslara yoluxmamaq üçün immun sistemini gücləndirmək barədə düşünür. Bunu necə etmək olar?

Son.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan uzman dietoloq Sinem Usuk güclü immun sisteminə sahib olmaq üçün qidalanmanın mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Onun sözlərinə görə, sağlam qidalanma, təbii qidalardan istifadə fəsildən asılı olmayaraq əsas hədəf olmalıdır. Dietoloq hesab edir ki, immun sistemini gücləndirmək üçün ilk növbədə A, C vitaminləri və sinklə zəngin qidalar üstünlük təşkil etməlidir.

Mütəxəssis vurğulayıb ki, mövsümə uyğun olaraq qidalanma immun sistemini gücləndirən amildir. Bu halda tünd yaşıl yarpaqlı göyərtilər, parlaq narıncı rəngli meyvələr, yağlı balıqlar immun sistemini gücləndirək yuxarı tənəffüs yolları infeksiyalarına qarşı dözümlülük yaradır.

Heyvani qidalar arasında qaraciyər, yumurta, süd, kərə yağı, göyərtilər ispanaq, çuğundur yarpağı, kök, boranı A vitamini ehtiyacını ödəyir.

Səhər yeməyində 3 yaşıl bibər...

Qeyd olunub ki, nəzəri olaraq yetkin yaşında olan bir şəxsin gün ərzində təqribən 90 mq C vitamini qəbul etməsi lazımdır. Praktik olaraq isə bu, 2 kiçik narıngi, 1 portağal, 3 bibərdə var. Səhər yeməyində 3 ədəd yaşıl bibər, gün ərzində 2 narıngi yeməklə gündəlik C vitamini ehtiyacını ödəmək mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});