Daş bazarında dava Ucuz satdığı üçün döyüldü


Digərləri 12 Okt 2019 21:37:00 357 0

Daş bazarında dava  Ucuz satdığı üçün döyüldü

Gəncədə yük avtomobillərin sürücüləri arasında dava olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda olan Daş bazarında qeydə alınıb.

Belə ki, Göygöl rayon Yeni Qızılça kənd sakini, "KAMaz" sürücüsü Elvin Səttarov başqa bir yük avtomobili sürücüsü Sənan adlı şəxs tərəfindən döyülüb. E.Səttarov xəstəxanaya aparılıb. Məlumata görə, davaya səbəb döyülən sürücünün mişar daşını digərlərinə nisbətən ucuz satmsı olub.

Faktla bağlı araşdırm aparılır.