Gənc gimnast: Milli Gimnastika Arenasında yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim


Digərləri 12 Okt 2019 21:01:50 290 0

Gənc gimnast: Milli Gimnastika Arenasında yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim

Yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim.

Bakı. Cani Babayeva - Yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim. Bunu Trend-ə Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyinin iştirakçısı Ayan Əlizadə bildirib. Sumqayıtdan olan gənc gimnast deyib: "Məşqçim bu yarışlarda iştirak edəcəyimi deyəndə çox xoşbəxt idim, çünki həmişə Milli Gimnastika Arenasının xalçasına böyük xoşbəxtliklə çıxıram. Bu gün anam və sinif yoldaşlarım məni zalda dəstəkləyirlər. Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyində iştirak etdiyimdən qürur duyurlar. Məktəbdə də hamı məni dəstəkləyir". Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilir. 4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.