Xalq təbabəti mastopatiyanı necə müalicə edir?


Digərləri 12 Okt 2019 20:55:00 330 0

Xalq təbabəti mastopatiyanı necə müalicə edir?

Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir. Əsasən 25-50 yaşlı qadınlar arasında daha geniş yayılıb. Lakin son illər mastopatiyaya cavan, hətta ailə həyatı qurmayan qızlarda da tez-tez rast gəlinir. Bu hormonal xəstəlik əsasən irsi xarakter daşıyır.

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu bildirib.

Son.az e-tibb.az-a istinadən mütəxəssisin mastopatiya, onun təbii üsullarla müalicəsi barədə məqaləsini təqdim edir.

Mastopatiyaya səbəb olan digər faktorlar da var: yumurtalıqların iltihabı, zob, öd kisəsi və qaraciyər xəstəlikləri, diabet, piylənmə, stress, depressiya, qeyri-müntəzəm cinsi həyat, abortlar, süd vəzin travmaları, alkoqol, nikotin, ilk hamiləliyin gec olması, erkən aybaşı və s. Xəstəlik özünü süd vəzində ağrılar, strukturunun bərkiməsi və ya düyünlərin əmələ gəlməsi ilə göstərir. Bəzən vəzidən tünd və ya aşıq rəngli ifrazat olur. Müasir insanların qidasında konservantların, hormona bənzər maddələrin artması da, ehtimal ki, mastopatiyaya səbəb ola bilir. Mastopatiya adətən özünü müayinədə aşkar olunur. Xərçəng önü xəstəlik olmasına baxmayaraq vaxtında aşkar edildikdə və müalicə olunduqda izsiz keçib gedir.

Süd vəzisindəki kistalar şişlər ilə qarışmaz, şişlər və xərçəngə çevrilməz, xəstə üçün həyat təhlükəsi yaratmazlar. Sadə bir ultrasəs müayinəsi ilə 100% dəqiq diaqnoz qoyula bilər. Süd vəzisi kistaları zamanı, hər hansı bir cərrahi müalicəyə ehtiyac yoxdur.

Bəzi kistaların müəyyən vaxt ərzində içindəki maye azalır və qatı çöküntülər ortaya çıxa bilir. Belə kistalara komplikasiyalı kistalar deyilir. İçi qatı hala dönən bu komplikasiyalı kistaların bəzən tez-tez müayinəsinə və çox nadir hallarda isə histopatoloji analizə ehtiyac ola bilər.

Süd vəzisinin sadə kistaları, yəni fibrokistalar, ve ya fibrokistik mastopatiya süd vəzisinin ən xoşxassəli hallarındandır, sadəcə ağrı verə bilər.

Xalq təbabəti mastopatiyanın müalicəsində çoxlu bitki yığıntıları təklif edir.

Öküzgülü ilə bitki yığıntısı

Hərəsindən bir xörək qaşığı itburnu meyvələri və öküzgülü çiçəkləri, hərəsindən 2 xörək qaşığı adaçayı (sürvə) yarpağı və gicitkən yarpağı, 3 xörək qaşığı gülümbahar çiçəkləri xırdalanaraq qarışdırılır. Qarışıqdan 7 xörək qaşığı götürüb üzərinə 1,5 litr qaynar su tökülür və 22-24 saat dəmlənir. Dəmləmə 2-3 qat tənzifdən süzüldükdən sonra gündə 4-5 dəfə 1/3 stəkandan yeməkdən 10 dəqiqə əvvəl daxilə qəbul edilir. Dadını yaxşılaşdırmaq üçün dəmləmyə şəkər əlavə etmək olar.

(adsgarden = window.adsgarden || []).push({});