Xərçəngdən qoruyan Narşərabın 10 faydası –


Digərləri 12 Okt 2019 20:42:00 342 0

Xərçəngdən qoruyan Narşərabın 10 faydası –

Azərbaycanın adı ilə bağlı, öz icadımız və nemətimiz olan narşərab xərçəng hüceyrələrinə qarşı güclü təsirə malikdir.

Narşərab kalium, maqniy, dəmir, fitonsidlər, tanin, C, P, E vitaminləri, meyvə turşusu, antioksidantlarla zəngindir. İndi nar mövsümüdür, ucuzdur, nardan nə edəcəyinizi bilmirsizsə, elə narşərab hazırlaya bilərsiz.

Son.az medicina.az-a istinadən narşərabın 10 faydasını və hazırlanma qaydasını təqdim edir.

1.Hemoqlobin azlığı, anemiyada qan artırır 2.Hipertoniyada təzyiqi normallaşdırır

3.Ürək-damarları təmizləyir, ürək əzələsini qidalandırır 4.Avitaminozda vitamin və turşuları artırır, bununıa da immunitet yüksəlir

5.Bədxassəli şişlərin qarşısını almaq üçün çox effektivdir, xüsusən beyin, bağırsaq, qaraciyər şişləri 6.Bağırsağın mikroflorasını düzənləyir, parazitləri tökür

7.Radiasiya, şüa və kimyaterapiya alanlara xüsusilə lazımdır. Radiasion zədələnmələrdə immuniteti dəstəkləyir, zərərli qalıqları çıxarır 8.Narşərab həzm prosesinə kömək edir. Buna görə də çox zaman pəhriz saxlayan insanlara tövsiyə olunur. Yağ yandırıcı xüsusiyyəti sayəsində xüsusilə bel bölgəsindəki piyləri əridir. Narşərab hər yeməkdən təxminən 15 dəqiqə əvvəl 1 çay qaşığı qədər yeyildikdə toxluq hissi yaradacaq.

9.Huşunu itirənlərə də nar şərbəti və ya narşərab içirilir. Beyni qidalandırır. 10.Şirin nar suyu səs batması və sətəlcəmə qarşı çox şəfalıdır.

Kimlərə olmaz:

•Mədə turşuluğu çox olanlara •Mədə, 12 barmaq bağırsaq xoralarında, qastrit •Mədəaltı vəzi pankreatiti olanlara •Diş emalı zədəli və zəif olanlara •Qəbizliyi olanlara •Həddən artıq aşağı təzyiqi olanlar   Resepti:  

(adsgarden = window.adsgarden || []).push({});