Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu FOTO


Digərləri 12 Okt 2019 20:26:00 357 0

Vilayət Eyvazov DİNin Məktəbinın təqdimatında oldu  FOTO

Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra təqdimatı olub.

DİN-in mətbuat xidmətindən Son.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Sonra DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov bu təhsil ocağında aparılmış əsaslı təmir, yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda - inzibati və yataqxana binalarında, tədris korpusunda, nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib.

Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Tədbirin yekununda Daxili İşlər naziri V.Eyvazov inzibati binanın akt zalında Məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin rifah halının daha da yaxşılaşmasına hər zaman xüsusi qayğı göstərdiyini xatırladıb. Daxili İşlər naziri bu ali diqqətin nəticəsində son illər DİN-in orqan və hissələri, o cümlədən Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb üçün ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı binaların, korpusların tikildiyini, onların zəruri texniki və xüsusi vasitələrlə təmin olunduğunu, nəticədə iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdığnı, hazırkı təqdimatın da bunun əyani təzahürü olduğunu qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});