Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digərləri 12 Okt 2019 20:13:45 80 0

Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb

Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik

Bakı. Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik. Keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: dünyada bütün türk aləmini məhv etmək. Onlar bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur. Trend-in məlumatına görə, bunu polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib. Qeyd edək ki, bu məsələ oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında da qaldırılıb. Dövlət başçısı öz çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi. C.Xəlilov deyib ki, uzaq 1878-ci ildə İsveçrədə "Qnçaq" adlı erməni millətçi təşkilatı yaradılıb. Bu partiyanın proqramında yazılmışdı: "Bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək". 1890-cı ildə Tiflisdə "Daşnaksütyun" adlı daha bir millətçi erməni təşkilatı yaradıldı. Hər iki təşkilat həmin vaxt "böyük dövlətlər" tərəfindən dəstəklənirdi. Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər. C.Xəlilov əlavə edib: "Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə "ermənilərin müstəsnalığı" ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır". Onun sözlərinə görə, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi. Polkovnik qeyd edib: "Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik". Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər. Bu cinayətlərin fonunda ermənilərin dünya ictimaiyyəti qarşısında əzabkeş, qədim nəcib xalqın nümayəndələri kimi dayanması da paradoksaldır. Öz diasporunun usanmaz informasiya fəaliyyəti nəticəsində Avropa, həm də Rusiyada ermənilər mələk, türklər və azərbaycanlılar isə qatil şəkilində təqdim olunublar. Erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər. Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib. C.Xəlilov vurğulayıb ki, bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: "Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb like
  • 12 Okt 20:11  
Digərləri Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb.

arrow Ətraflı
Neyrogen amiotrofiyalar like
  • 12 Okt 20:10  
Digərləri Neyrogen amiotrofiyalar

Neyrogen amiotrofiyaların ən çox rast gəlinən növü Verdniq-Hoffman spoina

arrow Ətraflı
Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi? like
  • 12 Okt 20:05  
Digərləri Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi?

Mayonezin əsas tərkib hisssəsi yumurtadan ibarətdir.Mayonezin yumurtadan haz

arrow Ətraflı
Yuxusu ərşə çəkilənlər üçün üsul – like
  • 12 Okt 20:03  
Digərləri Yuxusu ərşə çəkilənlər üçün üsul –

Indi yuxusuzluqdan əziyyət çəkənlər həddən artıq çoxdur. Dərmanlara

arrow Ətraflı
MercedesBenz iki yeni hibrid hazırlayıb  FOTO like
  • 12 Okt 20:01  
Digərləri MercedesBenz iki yeni hibrid hazırlayıb FOTO

Mercedes-Benz şirkəti GLE və GLC krossoverlərinin hibrid versiyalarını tə

arrow Ətraflı
Körpələrdə ayaq əyriliyi təhlükəlidir? like
  • 12 Okt 19:55  
Digərləri Körpələrdə ayaq əyriliyi təhlükəlidir?

"Körpələrdə olan ayaq əyriliklərinin çoxu fiziolojidir, zamanla keç

arrow Ətraflı
D vitamini infeksion xəstəliklərdən qoruyur? like
  • 12 Okt 19:50  
Digərləri D vitamini infeksion xəstəliklərdən qoruyur?

"Bədənimizdə əhəmiyyətinə görə öndə olan vitaminlərdən biri d

arrow Ətraflı
Sklerokistoz yumurtalıqlar sindromu like
  • 12 Okt 19:45  
Digərləri Sklerokistoz yumurtalıqlar sindromu

Bu yumurtalıqlarda hormonların biosintezinin pozulması və nəticədə orqani

arrow Ətraflı
Həyatdan və işdən yorulanlar üçün – like
  • 12 Okt 19:42  
Digərləri Həyatdan və işdən yorulanlar üçün –

Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz?

arrow Ətraflı
Süni qan yaradılıb: Qan qrupundan asılı olmadan hamıya köçürülə bilər like
  • 12 Okt 19:40  
Digərləri Süni qan yaradılıb: Qan qrupundan asılı olmadan hamıya köçürülə bilər

Yapon alimləri qan qrupundan asılı olmayaraq, insanların həyatını xilas e

arrow Ətraflı
Diş ağrılarının ev şəraitində müaicəsi like
  • 12 Okt 19:35  
Digərləri Diş ağrılarının ev şəraitində müaicəsi

Diş ağrıları insanlarda çox narahatçılığa səbəb olur. Belə ki, diş

arrow Ətraflı
Yeni eranın pioneri təqdim olundu  FOTO like
  • 12 Okt 19:30  
Digərləri Yeni eranın pioneri təqdim olundu FOTO

Volkswagen markası öz tarixindəki üçüncü fəslə - elektrik dövrünə ke

arrow Ətraflı
BakıSumqayıt yolundan istifadə edənlərin nəzərinə! like
  • 12 Okt 19:28  
Digərləri BakıSumqayıt yolundan istifadə edənlərin nəzərinə!

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə a

arrow Ətraflı
Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO) like
  • 12 Okt 19:27  
Digərləri Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO)

Oktyabrın 11-də Nadejda Nadejdina adına “Beryozka” Dövlət Akademik Xore

arrow Ətraflı
Xroniki duodenit like
  • 12 Okt 19:25  
Digərləri Xroniki duodenit

Xroniki duodenit onikibarmaq bağırsağın selikli qişasının iltihabı xəst

arrow Ətraflı