D vitamini infeksion xəstəliklərdən qoruyur?
Digərləri 12 Okt 2019 19:50:00 157 0
"Bədənimizdə əhəmiyyətinə görə öndə olan vitaminlərdən biri də D vitaminidir. D vitamini bizim körpə və uşaqlarımızın sümük sisteminin inkişafı, yəni sümüklərinin sağlam böyüməsinin təmin edilməsi üçün çox əhəmiyyətlidir".
Bu xəbəri də oxu: Peyvənd vurduran Çağla Şikel yenidən koronavirusa yoluxub? VİDEO FOTO
Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Pediatr deyib ki, D vitamini körpələr doğulduqdan sonra onlara verilir və ən az 1 il, ümumiyyətlə, 3 yaşına kimi verilməsi profilaktik olaraq nəzərdə tutulur: "D vitamini qidalarımızda çox azdır. D vitamini əsasən günəş şüalarından əldə olunur. Bu baxımdan nəzərə alsaq ki, bu il yay çox qısa davam edib və uşaqlarımız kifayət qədər günəşlənə bilməyib, ona görə də D vitaminin profilaktik olaraq verilməsi daha da məqsədəuyğun hesab olunur. Bu məsələdə digər məqam isə D vitamininin infeksion xəstəliklərə qarşı müqaviməti artırmasıdır. D vitamini bədənimizin immun sistemini aktivləşdirir və xəstəliklərə tutulma riskini azaldır. Nəzərə alsaq ki, havaların soyuması ilə əlaqədar infeksion xəstəliklər, xüsusilə, tənəffüs yollarının xəstəlikləri artmaqdadır, bu zaman D vitaminin əhəmiyyəti daha da yüksəlir".
Onun sözlərinə görə, D vitamininin çatışmazlığı qan analizi ilə müəyyən edilir və müalicə də bu istiqamətdə aparılır. Qanda vitaminin vəziyyətinə baxılmadan kor-koranə yüksək dozalarla verilməsi qətiyyən doğru deyil. Bu vitamin bədəndə yığılıb qalır, ona görə yüksək dozada verəndə ciddi fəsadlara səbəb ola bilər: "Həkimlərimiz və valideynlərimiz bu məsələdə çox diqqətli olmalıdırlar. Körpələr dünyaya gəlməmiş anaların da qanında D vitaminin nə dərəcədə olması araşdırılmalıdır. Çünki körpələrə profilaktik olaraq təyin olunan bu vitamin analara, xüsusi ilə hamilələrə çox vacibdir. Uşağına süd verən analarda bu hal xüsusilə müşahidə olunur: müayinə zamanı D vitamini çox aşağı səviyyəni göstərir. Tövsiyə olunur ki, analar da müayinə olunsun. Çünki ana sağlam və südündə D vitamini olarsa, daha çox faydalı olar. Ana südü verməsə belə, ananın da sağlam olması, az xəstələnməsi, psixoloji vəziyyətinin yaxşı olması (çünki D vitaminin azlığı böyüklərdə psixoloji vəziyyətə təsir edir) sağlam uşaq böyütməsi mənasına gəlir".
(adsgarden = window.adsgarden || []).push({});Bu yumurtalıqlarda hormonların biosintezinin pozulması və nəticədə orqani

Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz?

Yapon alimləri qan qrupundan asılı olmayaraq, insanların həyatını xilas e

Diş ağrıları insanlarda çox narahatçılığa səbəb olur. Belə ki, diş

Volkswagen markası öz tarixindəki üçüncü fəslə - elektrik dövrünə ke

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə a

Oktyabrın 11-də Nadejda Nadejdina adına “Beryozka” Dövlət Akademik Xore

Artrit adətən oynağın konfiqurasiyasının dəyişməsi,şişməsi,bəzən d

Psixozları dəf etməyə və bədəni lazımi enerji ilə təmin etməyə qadir

Honq Konqda şənbə günü keçilirən demokratiya nümayişləri daha öncəki

NATO-nun baş katibi Yens Stoltenberg Türkiyənin təhlükəsizlik narahatlığ

Əzələ atrofiyasının bu forması 10-20 yaşlı gənclərdə baş verir.Bu za

Psixopatların əsas əlamətləri hansılardır? Psixopatlar gözlərini gizl

Soyuq fəsildə zəhlətökən virus və infeksiyalardan tam qorunmaq mümkün o
