Sklerokistoz yumurtalıqlar sindromu


Digərləri 12 Okt 2019 19:45:00 512 0

Sklerokistoz yumurtalıqlar sindromu

Bu yumurtalıqlarda hormonların biosintezinin pozulması və nəticədə orqanizmdə androgenlərin miqdarının çoxalması ilə xarakterizə olunur.Xəstəlik aşağıdakılarla xarakterizə oplunur: - zülal qatının nazilməsi - çoxlu miqdarda kistoz-atreziya olunan follikulların olması - ovulyasiyanın olmaması Sklerokistoz yumurtalıqlar sindromu zamanı uşaqlıq amenoreyası ilə əlaqədar ola bilir.Uşaqlıq amenoreyasının baş vermə səbəbləri arasında endometriyanın keçirilmiş vərəmi,zülal qatının nazilməsi ,həm də müxtəlif prosedurlardan sonra uşaqlığa yodun daxil edilməsi ola bilir. Xəstəliyə diaqnozun qoyulmasında aybaşı funksiyasının pozulmasının əmələ gəlmə səbəbləri,obyektiv müayinə və xəstəliyin kliniki müayinəsi xüsusi əhəmiyyətə malikdir.Diaqnozun təsdiqlənməsində USM-in müayinəsi,rentgenpelvioqrafiya,laporoskopiya tətbiq edilir. Sklerokistoz yumurtalıqlar sindromunun müalicəsi birbaşa və dolayı ovulyasiya stimulyatorlarının təyinindən ibarətdir.Müalicə zamanı antibiotiklərdən,hormonlardan və biostimulyatorlardan istifadə edilir. Son.az

(adsgarden = window.adsgarden || []).push({});