Süni qan yaradılıb: Qan qrupundan asılı olmadan hamıya köçürülə bilər


Digərləri 12 Okt 2019 19:40:00 285 0

Süni qan yaradılıb: Qan qrupundan asılı olmadan hamıya köçürülə bilər

Yapon alimləri qan qrupundan asılı olmayaraq, insanların həyatını xilas etməyə imkan verən yeni kəşf edib, süni qan yaradıblar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Yaponiyanın The Asahi Shimbun qəzeti məlumat açıqlayıb.

Məlum olduğu kimi, hazırda qan köçürüləcək pasiyentin qan qrupu, rezus faktoru təyin olunur. Qan qrupu-rezus faktoru uyğun olmayan qanın xəstəyə köçürülməsi həyati təhlükə yaradır. Elə buna görə də qan qrupu təyin olunmadan, xəstəxanadan kənarda, eləcə də təcili yardım maşınlarında qan köçürülməsi proseduru icra olunmur. Süni qan üçün isə bu amilin əhəmiyyəti yoxdur. Ona görə də xəstələrə xəstəxanaya gəlmədən də qan köçürülə bilər, bu isə daha çox insanın həyatını xilas edər.

Yaponiyadakı Milli Müdafiə Tibb Kollecinin mütəxəssisləri bu kəşfin effektivliyini yoxlamaq üçün dovşanlar üzərində təcrübələr keçiblər. Ağır qan itkisi olan 10 dovşana süni qan vurulub, dovşanlardan 6-sı sağ qalıb və sonradan onlarda hər hansı fəsad yaranmayıb.

Bundan sonra alimlər süni qanı insanlar üzərində sınaqdan keçirəcəklər. Bildirilir ki, ən əhəmiyyətli amillərdən biri də, normal temperaturda saxlama şərtilə, süni qanın il ərzində öz keyfiyyətini saxlaya bilməsidir.

(adsgarden = window.adsgarden || []).push({});