Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO)


Digərləri 12 Okt 2019 19:27:37 238 0

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert proqramı ilə çıxış edib (FOTO)

Oktyabrın 11-də Nadejda Nadejdina adına “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Bakı. Oktyabrın 11-də Nadejda Nadejdina adına "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, konsertdən əvvəl bütün iştirakçıları salamlayan Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov belə tədbirlərin xalqlar arasında mədəni sahədə əlaqələrin daha da möhkəmlənməsinə təkan verdiyini söyləyib. Səfir deyib ki, "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblı uzun illərdir öz çıxışı ilə insanlara sevinc bəxş edir. Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən "Beryozka" ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur. Son illər Rusiyanın sənət adamlarının Azərbaycanda mütəmadi olaraq çıxışlarını yüksək dəyərləndirən diplomat belə tədbirlərin təşkilinə verdiyi dəstəyə görə ölkəsinin Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Sonra M.Boçarnikov Rusiyanın Mədəniyyət nazirinin tədbir iştirakçılarına müraciətini oxuyub. Gecədə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edib.