Honq Konqda kiçik miqyaslı yürüş keçirilib


Dünya 12 Okt 2019 19:14:00 285 0

Honq Konqda kiçik miqyaslı yürüş keçirilib

Honq Konqda şənbə günü keçilirən demokratiya nümayişləri daha öncəki kütləvi etirazlarla müqayisədə daha kiçik miqyaslı olub.

Şənbə ən böyük yürüş Monq Konq ticarət rayonunda keçirilib. Həmin yürüşdə minlərlə insan iştirak edib.

Qara paltar geyinmiş bəzi etirazçılar hökümət binaları və metro stansiyalarında divarları boyayıb, digərləri isə yolları bloklayıb.

İğtişaş polisi qara bayraq göstərərək, göz yaşardıcı qazdan istifadə edəcklərinə işarə etsə də, gündüz keçirilən yürüşdə heç bir tədbir görməyib.

Etirazçıların çoxu gənc və maskalı olub. Lakin bundan əlavə bəzi valideynlər balaca körpələri və uşaqları ilə birlikdə etiraza qatılıb. Balaca qızı ilə birlikdə maska taxıb yürüş edən bir ata deyib ki, o, nümayişdə onların təhlükəsizliyindən o qədər narahat deyil, daha çox Honq Konqun "gələcəkdə Çin höküməti" tərəfindən repressiv nəzarətindən narahatdır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, şənbə günü nümayişlərdə ötən həftə ilə müqayisədə daha az insan iştirak edib.