Milli Gimnastika Arenasında bədii gimnastika və aerobika gimnastikası üzrə yarışlar davam edir (FOTO)


Digərləri 12 Okt 2019 18:34:08 238 0

Milli Gimnastika Arenasında bədii gimnastika və aerobika gimnastikası üzrə yarışlar davam edir (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı davam edir.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı davam edir. Trend-in məlumatına görə, bu gün eləcə də bədii gimnastika üzrə 6-cı Bölgələrarası Kubok keçiriləcək. Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunacaq. 4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Aerobika gimnastları isə "böyüklər", "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.