Eksqubernator 20 milyardı mənimsəməkdə günahlandırıldı


Dünya 12 Okt 2019 18:24:00 233 0

Eksqubernator 20 milyardı mənimsəməkdə günahlandırıldı

20 milyard rubl mənimsəməkdə şübhəli bilinən Çelyabinsk vilayətinin keçmiş qubernatoru Boris Dubrovski barəsində başlanan istintaqdan gizlənib, "TASS" agentliyi iş materialları ilə tanış olan mənbəyə istinadən məlumat verib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, agentliyin həmsöhbətinin sözlərinə görə, o, hazırda İsveçrədədir. Rusiyanı tam olaraq nə vaxt tərk etdiyi barədə məlumat verilmir.

Bundan əvvəl, keçmiş qubernatorun vəkili İqor Trunov Dubrovskiyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə iddiasının irəli sürüldüyünü söyləyib. Büdcə vəsaitlərinin mənimsənilməsi halında ziyan 20 milyard rubldan çoxdur. İstintaq hesab edir ki, vəzifəli şəxs 2016-cı ildən 2018-ci ilə qədər cinayət əməlləri törədib.

Qeyd edilir ki, Dubrovski 2014-cü ildə Çelyabinsk bölgəsinə rəhbərlik edib. O, 2019-cu ilin mart ayında Rusiya prezidenti Vladimir Putinə istefa məktubu göndərib. Qubernatorun sözlərinə görə, bu, onun şəxsi qərarı olub.