Ermənistan parçalanmağa doğru gedir


Dünya 12 Okt 2019 18:06:00 274 0

Ermənistan parçalanmağa doğru gedir

Ermənistan Baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağdakı "seçki"yə qədər istefaya gedə bilər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Ermənistanın səsi" radiosuna müsahibəsində Ermənistanın Milli Razılıq Partiyasının sədri Aram Arutyunyan deyib. Onun sözlərinə görə, Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti qondarma rejimdəki "seçki"yə müdaxilə etməkdə və burada öz adamını yerləşdirməkdə maraqlıdır:

"Bu plan gerçəkləşməyəcək. Paşinyan Qarabağdakı "seçki"dən öncə gedəcək. Ermənistanın siyasi qüvvələrinin zamanı qalmayıb. Ölkə artıq parçalanmağa doğru irəlləyir".