Bahar Muradova: Ermənistan rəhbərliyi Njdeyə heykəl ucaltmaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur (ÖZƏL)


Digərləri 12 Okt 2019 18:00:00 76 0

Bahar Muradova: Ermənistan rəhbərliyi Njdeyə heykəl ucaltmaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur (ÖZƏL)

Dünya faşizm əleyhinə olduğu halda, Ermənistan rəhbərliyi dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur.

Bakı. İlhamə İsabalayeva - Dünya faşizm əleyhinə olduğu halda, Ermənistan rəhbərliyi Yerevanda daşnak ordusunun keçmiş generalı, agentura işi çərçivəsində almanların yanında Qaregin Njde ləqəbi ilə xidmət etmiş satqın Ter-Arutyunyana heykəl qoyub onun xatirəsini ədədiləşdirməklə dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur. Bunu Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njdeni Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparan şəxs kimi təqdim etməsinə və Prezident İlham Əliyevin də ona verdiyi arqumentli cavabı şərh edərkən deyib. Onun sözlərinə görə, faşizmin tarixinə, onun əsaslandığı ideoloji xəttə və Ermənistanı idarəedənlərin siyasətinə nəzər yetirildikdə onların arasında çox böyük oxşarlığın olduğu məlum olur. B.Muradova hesab edir ki, bu, yalnız ideoloji oxşarlıqda deyil, həm də real nəticələrdə özünü göstərir: "Ermənistanın bəşəriyyət əleyhinə, insanlığa, humanizm ideyalarına qarşı tarixən formalaşmış mövqeyi və real əməlləri davamlı olaraq, faşizmlə üst-üstə düşüb. Amma gözləmək olardı ki, Ermənistan, Hitler Almaniyası üçün vuruşmağı Ermənistan, erməni xalqı üçün vuruşmaq kimi qələmə verən cinayətkara öz paytaxtında abidə ucaldacaq qədər aşağı səviyyə nümayiş etdirməyəcək. Çünki, dünya faşizmdən imtina etdiyi, onu insanlıq üçün qəbuledilməz bir iedologiya hesab etdiyi üçün Ermənistan ən azı, görüntü xatirinə də olsa, özünün iç üzünü açıq şəkildə ortaya qoyan bu addımı atmamamlı idi". B.Muradova əlavə edib ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında obyektiv reallığı təsvir edən Prezident İlham Əliyevin çıxışının müqabilində N.Paşinyanın verdiyi cavab qədər absurd və heç bir çərçivəyə sığmayan mövqe isə indiyədək heç bir beynəlxalq tədbirdə, o cümlədən MDB dövlət başçılarının sammitində açıq şəkildə bildirilməyib: "Paşinyanın bu mövqeləri müdafiə etmək, ona haqq qazandırmaq istiqamətindəki səyləri isə çox gülünc və cılız arqumentlərə söykənirdi. Onun Sovet İttifaqının tətbiq etdiyi ciddi rejimin insanlar və ziyalılar üçün yaratdığı basqılara öz etirazını bildirdiyi üçün ədalətsiz olaraq repressiyalara məruz qalmış insanlarla Njdeni bərabərləşdirmək istiqamətindəki mövqeyi isə ümumiyyətlə heç bir məntiqə sığmırdı. Hesab edirəm ki, o, bununla ölkə daxilində, erməni xalqı arasında özünə olan zəif ümidləri də heçə endirdi. Eyni zamanda, əvvəlki sələflərindən heç nə ilə fərqlənmədiyini, əksinə, erməni xalqının tarixi cinayətlərinə haqq qazandırdığını ortaya qoydu. Paşinyan Prezident İlham Əliyevin bu mövzu ətrafındakı ədalətli çıxışına dair heç bir tarixi fakta söykənməyən fikirləri, əsassız aqrumentləri ilə çox qorxaq şəkildə etdiyi etirazı ilə isə tarixi bilmədiyini bir daha ortaya qoydu. Bununla da həm özünü, həm də təmsil etdiyi xalqı biabır etdi və göstərdi ki, onun belə tədbirlərdə yaranan hansısa situasiyalardan ağılla, ləqayətlə çıxmaq bacarığı və gücü yoxdur". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
1 litri 100 dollar, min dərdin dərmanı like
  • 12 Okt 17:54  
Digərləri 1 litri 100 dollar, min dərdin dərmanı

Kleopatranın hər gün eşşək südü ilə dolu vannada saatlarla uzandığın

arrow Ətraflı
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO) like
  • 12 Okt 17:48  
Digərləri Bakıda Rusiya folklor kollektivlərinin konserti olub (FOTO)

Beynəlxalq Muğam Mərkəzində dağıstanlı ustaların əl işlərindən ibar

arrow Ətraflı
"Aqşin gərək elə evdə oturardı, qayıtmazdı sənətə" like
  • 12 Okt 17:48  
Şou-biznes "Aqşin gərək elə evdə oturardı, qayıtmazdı sənətə"

Meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fatehin son günlər yaşadı

arrow Ətraflı
Qatar sərnişin avtobusuna çırpıldı: like
  • 12 Okt 17:42  
Dünya Qatar sərnişin avtobusuna çırpıldı:

Meksikada qatar və sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası b

arrow Ətraflı
Qonşumuzda sərt çağırış: like
  • 12 Okt 17:36  
Dünya Qonşumuzda sərt çağırış:

Rusiyalılara ölüm hökmünün geri qaytarılmasının məqsədəuyğunluğu b

arrow Ətraflı
Hələ belə şey olmamışdı: like
  • 12 Okt 17:24  
Digərləri Hələ belə şey olmamışdı:

Böyük Britaniyada rahib toy mərasimində gəlinlə bəy əvəzinə təsadüf

arrow Ətraflı
Gənc gimnast: Tamaşaçı dəstəyi inam verir like
  • 12 Okt 17:23  
Digərləri Gənc gimnast: Tamaşaçı dəstəyi inam verir

Xalçaya çıxmazdan əvvəl diqqətimi çıxışıma cəmləməyə çalışıra

arrow Ətraflı
ABŞ Səudiyyəni İrandan ödənişlə qoruyur like
  • 12 Okt 17:18  
Dünya ABŞ Səudiyyəni İrandan ödənişlə qoruyur

Səudiyyə Ərəbistanı əlavə hərbi qüvvələrin yerləşdirilməsinə gör

arrow Ətraflı
Sarayda eşq macərası: like
  • 12 Okt 17:12  
Digərləri Sarayda eşq macərası:

İngiltərənin Bristol Universitetinin araşdırmaçıları 1200-cü illərdə

arrow Ətraflı
Qadınların zorakılığa daha çox məruz qaldığı rayonlar açıqlandı like
  • 12 Okt 17:06  
Digərləri Qadınların zorakılığa daha çox məruz qaldığı rayonlar açıqlandı

Azərbaycanda məişət zorakılığı qurbanlarının sayı açıqlanıb.

arrow Ətraflı
Dövlət Komitəsi Azərbaycanda məişət zoraklığının səbəbini açıqladı like
  • 12 Okt 16:54  
Digərləri Dövlət Komitəsi Azərbaycanda məişət zoraklığının səbəbini açıqladı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda mə

arrow Ətraflı
Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib (FOTO) like
  • 12 Okt 16:49  
Digərləri Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq

arrow Ətraflı
Türkiyədən ABŞa: like
  • 12 Okt 16:48  
Dünya Türkiyədən ABŞa:

ABŞ-ın mümkün sanksiyalarına artıqlaması ilə qarşılıq verəcəyik.

arrow Ətraflı