Qonşumuzda sərt çağırış:


Dünya 12 Okt 2019 17:36:00 251 0

Qonşumuzda sərt çağırış:

Rusiyalılara ölüm hökmünün geri qaytarılmasının məqsədəuyğunluğu barədə suala cavab vermək təklif edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə sorğu bu gün Rusiya Dövlət Dumasının "Vkontakte" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Moderatorlar Saratovda doqquz yaşlı qızın qətlə yetirildiyi barədə status yazıblar. Həmin cinayəti törətmiş şəxs əvvəllər cinsi təcavüzə görə məhkum olunmuş kişidir.

"Saratovda dəhşətli faciə baş verib. Oktyabrın 9-da itkin düşmüş 9 yaşlı qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb. O, artıq cinayəti törətdiyini etiraf edən ifadə verib", - deyə sözügedən paylaşımda bildirilib.

Səhifədə baş verənlərlə bağlı millət vəkillərinin fikirlərinə də yer verilib. Belə ki, Kommunist Partiyasından olan deputat Olqa Alimova edam cəzasının Rusiyaya qaytarılmasına çağırış edib: "Dəhşətli faciə baş verib, uşaq öldürülüb! Demokratiya və tolerantlıq öz oyununu oynadı. Ölüm cəzasını Rusiyaya qaytarmaq lazımdır!"

Deputat bu fikrini "Facebook"dakı səhifəsində də cinayətkarı asmaq üçün kəndir şəkli ilə birlikdə paylaşıb.

Bu görüşü "Vahid Rusiya" partiyasından olan deputat Yevgeni Primakov da dəstəkləyib: "Mən istəyirəm ki, uşaqlara və köməksiz insanlara qarşı təcavüzkar cinayətlərə, terrorçuluğa, vətənə xəyanətə və ölkəmizi təhdid edən ölçülərdə korrupsiyaya görə edam cəzası geri qaytarılsın. Bunlar xəyanətə bərabərdir".

(adsgarden = window.adsgarden || []).push({});