Hələ belə şey olmamışdı:


Digərləri 12 Okt 2019 17:24:00 294 0

Hələ belə şey olmamışdı:

Böyük Britaniyada rahib toy mərasimində gəlinlə bəy əvəzinə təsadüfən sürücü ilə şahid qadının nikahını bağlayıb. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, səhvin üstü sənədlər qeydiyyata alınandan sonra açılıb.

Məlumdur ki, Böyük Britaniyada bir çox nikahlar kilsədə qeydiyyata alınır. Bundan öncə isə evlənəcək şəxslər və mərasimin şahidləri müəyyən edilmiş sənədi imzalayaırlar.

Bu dəfə də belə olub. Sürücü və şahid qadın öz imzalarını atıb və bundan sonra müəyyən olunub ki, rahib səhvən onların adını yeni evlənəcək şəxslərin adının yerinə yazıb.

Hadisə barədə "zərərçəkənin" bacısı danışıb. Onun sözlərinə görə, sənədlər artıq doğum, evlilik və ölüm qeydiyyatı idarəsinə göndərilib.

"İndi mənim şahid olmalı olan qardaşım gəlinin rəfiqəsi ilə evlidir və biz bundan baş açmağa çalışırıq" - deyə bu barədə qız öz "Reddit" səhifəsində yazıb.

(adsgarden = window.adsgarden || []).push({});