Gənc gimnast: Tamaşaçı dəstəyi inam verir


Digərləri 12 Okt 2019 17:23:46 259 0

Gənc gimnast: Tamaşaçı dəstəyi inam verir

Xalçaya çıxmazdan əvvəl diqqətimi çıxışıma cəmləməyə çalışıram.

Bakı. Cani Babayeva - Xalçaya çıxmazdan əvvəl diqqətimi çıxışıma cəmləməyə çalışıram. Bunu Trend-ə "Zabrat" idman klubunun təmsilçisi, Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı Fatimə Yavərli deyib. Gənc gimnast deyib: "Bu gün artıq topla çıxış etdim, növbəti gürzlərlə və lentlə olacaq. İlk çıxış ümumiyyətlə normal idi, baxmayaraq ki, bir səhv etmişəm. Bir az narahatam, çünki yarışlarda ilk dəfə lentlə çıxış edəcəyəm. Xalçaya çıxmazdan əvvəl fikrimi cəmləməyə çalışıram. Tamaşaçı dəstəyi inam verir". Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilir.. 4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.