ABŞ Səudiyyəni İrandan ödənişlə qoruyur


Dünya 12 Okt 2019 17:18:00 241 0

ABŞ Səudiyyəni İrandan ödənişlə qoruyur

Səudiyyə Ərəbistanı əlavə hərbi qüvvələrin yerləşdirilməsinə görə ABŞ-a ödəniş edəcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz Səudiyyəyə əlavə qüvvələr göndərəcəyik. Səudiyyə Ərəbistanı mənim xahişimlə, etdiklərimizə, köməyimizə görə bizə ödəniş edəcək. Biz bunu qiymətləndiririk", - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, hərbi qüvvələr Səudiyyənin İranın təcavüzkar siyasətindən qorunması tədbirləri çərçivəsində göndərilir.