Ailələrdə cehiz davası niyə yaşanır?


Digərləri 12 Okt 2019 16:30:00 292 0

Ailələrdə cehiz davası niyə yaşanır?

Zaman-zaman mediada, sosial şəbəkələrdə ailə zorakılığı zəminində gəlinin həyat yoldaşı və ya qayınatası tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılır. Bəzi hallarda problemin kökündə "cehiz davası" dayandığının şahidi oluruq. Maddi vəziyyətinin aşağı olması ucbatından ər evində döyülən, təhqirlərə məruz qalan xanımların da sayı az deyil.

Daşkəsən rayonunda 19 yaşlı gəlinin ər evində döyülməsi ilə bağlı informasiya da yayılıb. Daşkəsən Rayon İcra Hakimiyyəti insidentin cehiz üstdə olmadığını, ailə münaqişəsi zəminində baş verdiyini bildirsə də, ilkin informasiya mövzunu yenidən müzakirə predmetinə çevirib.

Görəsən, bu problemlərin kökündə nə dayanır?

Son.az bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, yeni qurulan ailələrdə maddi vəziyyətlə əlaqədar yaşanan problemlər cəmiyyətdə mənəvi dəyərlərin sıxışdırılmasından qaynaqlanır:

"Min illərdir bütün dini kitablar, müdriklər, alimlər elmi araşdırmalarda birmənalı olaraq təlqin edirlər ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlərin öndə olmadığı cəmiyyətdə hər cür gərginlik yaranır, eybəcər hallar üzə çıxır. İstər hər hansı bir ailədə, istərsə də hansısa ölkədə mənəvi dəyərlər sıxışdırılanda xoşagəlməz hallar yaşanır.

Biz çalışmalıyıq ki, cəmiyyətimizdə elə proseslər getsin ki, insanlar bir-birilə mənəvi dəyərlər əsasında münasibət qursunlar. İnsanların belə bir xarakteri var ki, onlar hər zaman nəyəsə görə fərqlənməyə çalışırlar. Hətta beşikdəki körpə də müəyyən hərəkətlərlə özünü təsdiqləməyə çalışır. Bu, insan xislətidir. Problem burasındadır ki, insanlar öz üstünlüyünü mənəvi dəyərlərlə yox, güc, pul və müxtəlif əlaqələrini ortaya qoyaraq göstərməyə çalışır.

Bütün ömrünü sosiologiyaya həsr etmiş biri olaraq dəfələrlə bu mövzuda danışsam da, heç kim eşitmək istəmir. Sabah hansısa xanəndə, müğənni və ya deputat bu mövzuda açıqlama versə, bu məlumatı dərhal tirajlayacaqlar. İnkişaf etmiş ölkələrdə mütəxəssisin sözünə diqqət yetirirlər. Hansısa məşhurun sözünü ekspertin sözündən üstün tutmurlar".

Ekspertin sözlərinə görə, vaxtında gedişata müdaxilə olunmasa, gələcəkdə belə problemlərin qarşısını almaq mümkün olmayacaq: