NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb


Digərləri 12 Okt 2019 16:36:31 290 0

NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yerin atmosferinin ion təbəqəsini tədqiq edəcək ICON peykini orbitə buraxıb.

Bakı. ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yerin atmosferinin ion təbəqəsini tədqiq edəcək ICON peykini orbitə buraxıb. Trend-in məlumatına görə, “Pegasus” raketdaşıyıcısının modifikasiya olunmuş “L-1011 Stargazer” nəqliyyat təyyarəsindən startı yarım saatlıq gecikmə ilə Birləşmiş Ştatların şərq sahilindən həyata keçirilib. Canlı yayımda nümayiş olunan prosesin sonunda peykin orbitə çatdığı xəbər verilib. Qeyd olunub ki, ICON missiyası iki il müddətinə nəzərdə tutulub. Üç pillədən ibarət olan “Pegasus XL” raketinin istehsalçısı isə Amerikanın “Northrop Grumman” korporasiyasıdır.