Autizm xəstəlik, yoxsa?


Digərləri 12 Okt 2019 16:24:00 328 0

Autizm  xəstəlik, yoxsa?

Autizm dövrün ən çox rastlanan sindromlarından biridir.

Son.az axşam.az-a istinadən bildirir ki, bütün narahatlıqlar kimi burda da erkən diaqnoz çox vacibdir. Onu qeyd edək ki, autizm xəstəlik deyil. Bu, neyro-psixoloji, inkişaf sindromudur.

Autizm diaqnozunu qoymaq üçün 30-dan çox simptom eyni anda görülməlidir. Əgər bunlardan sadəcə biri belə uşağınızda yoxdursa narahat olmaq lazım deyil.

Bu simptomlardan bəziləri:

Uşaqlar göz kontaktından qaçırlar.

Adları ilə çağırdığınız halda reaksiya vermirlər.

Ağrı hiss etmirlər. Yıxıldıqda, canları ağrıdıqda reaksiya vermirlər.

Təkrar hərəkətlər edirlər. Bədənlərinin üst hissələrini yelləndirirlər, əlləriylə hansısa hərəkət edirlər.

Qarşısındakı insanların sözlərini təkrarlayırlar.

Özlərinə aid, bilinməyən dildə danışırlar.

Eyniliyi sevirlər.

Dəyişikliyə sərt reaksiya göstərirlər.

Qoxu və səsə qarşı həddən artıq həssasdırlar.

Erkən yaşda oxuya bilirlər. Onlar oxumağı bacarırlar, lakin oxuduqlarının mənasını dərk etmirlər.

İnsanlarla kontakta girə bilmirlər.

(adsgarden = window.adsgarden || []).push({});