Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü


Digərləri 12 Okt 2019 16:05:00 277 0

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Bakı. Samir Əli - Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Səmədabad kəndində olub. Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.