Ələ keçmiş İŞİDçilər harada saxlanılır?


Dünya 12 Okt 2019 15:48:00 286 0

Ələ keçmiş İŞİDçilər harada saxlanılır?

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra ABŞ tərəfindən ələ keçirilmiş İŞİD terror təşkilatı üzvlərinin harada saxlanılması məsələsi gündəmə gəlib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, türk politoloq Dəniz Kilislioğlu məsələ ilə əlaqədar ilginc iddia irəli sürüb.

Politoloq terrorçuların türk ordusunun əməliyyat keçirdiyi bölgələrdə saxlanıldığını bildirib:

"İŞİD-çilərin sayı barədə dəqiq məlum olmasa da, ələ keçmiş terrorçuların saxlanıldığı həbsxanalar və düşərgələrin nöqtələri bəllidir. Xəritəyə baxanda görürük ki, türk ordusunun əməliyyat bölgəsində - Təl Abyad və Rəsulayn arasındakı ərazilərdə İŞİD-çilərin saxlanıldığı həbsxana yoxdur. Türk odusunun təhlükəsizlik zonası qurmaq istədiyi bölgədə isə 3 həbsxana var. Təl-Abyad və Rəsulayn arasında həbsxana yoxdur, amma düşərgə var. Əməliyyat bölgələrində bir, təhlükəsizlik zolağında isə üç düşərgə var".