Bakıda metroda tapılan pul sahibinə qaytarıldı


Digərləri 12 Okt 2019 15:42:00 253 0

Bakıda metroda tapılan pul sahibinə qaytarıldı

Polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb.

Bakı. Metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib. Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.