Düşbərənin hazırlanması Usta öz sirlərini açır


Digərləri 12 Okt 2019 15:24:00 322 0

Düşbərənin hazırlanması  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi: İçlik: 350 qram yağlı qoyun əti, 1 orta boy soğan, 1 dolu çay qaş duz, 1/2 çay qaşığı istiot, Xəmiri üçün: 1 dolu stəkan un, yarım çay qaş duz, 1 yumurta, 50 qram su

Hazırlanma qaydası: Əti yuyub, suyunun çəkilməsini gözləyirik, sonra doğrayıb ət maşınından keçiririk. Daha sonra soğanı xırda doğrayıb, ətə əlavə edirik. Sonra duz töküb əti yoğururuq. Ətin sümüklü hissəsini isə qazana qoyub bulyon hazırlayırıq. Ət qaynadıqda üzərindəki köpükləri yığıb, içərisinə soğanın yarısını əlavə edirik. Sonra stəkana zəfəran əlavə edib dəmləməyə qoyuruq.

Digər qabda xəmiri hazırlamaq üçün un, duz, yumurta və su əlavə edirik. Sonra xəmir yoğururuq və üzərini örtüb kənarda saxlayırıq. Xəmir bir az kənarda durduqdan sonra kündələrə ayırırıq və oxlov ilə açırıq. Sonra kubik formasında kəsirik. Kəsdiyimiz xəmirin içərisinə ət qoyub hər tərəfini birləşdirik. Sonra iki tərəfi aşağı doğru birləşdiririk .

Daha sonra düşbərələri blyonun suyuna əlavə edib, üzərinə zəfəranı töküb bişiririk. Düşbərə bişdikdən sonra üzərinə göyərti əlavə edib servis edirik.

(adsgarden = window.adsgarden || []).push({});