Bəşəriyyəti növbəti fəlakət gözləyir:


Dünya 12 Okt 2019 15:06:00 248 0

Bəşəriyyəti növbəti fəlakət gözləyir:

Yaxın gələcəkdə bəşəriyyət ciddi surətdə kənd təsərrüfatı məhsullarının istehsalında zəruri olan fosfor çatışmazlığı ilə üz-üzə qalacaq.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu qənaətə beynəlxalq ekspert qrupu gəlib.

"Science Alert" elm nəşrinin bildirdiyinə görə, mineral gübrələrin çatışmazlığı nəticəsində aclıq yarana bilər.

Hazırda okeanlarda yuyulan mineral gübrələrdən səmərəsiz istifadə edildiyi müşahidə olunur. Son 50 ildə istifadə olunan fosfor gübrəsinin miqdarı 50 dəfə artıb və 2050-ci ilə qədər onlara tələbatın iki dəfə artacağı gözlənilir. Bu kimyəvi elementi qorumaq üçün heç bir iş görülməzsə, onun ehtiyatları tezliklə tükənəcək.

Beləliklə, hazırkı səviyyədə istehlakı davam edərsə, 80 ildən sonra mövcud fosfor ehtiyatları yoxa çıxacaq. Bu isə məhsuldarlığın tamamilə aşağı düşməsinə səbəb olacaq. Müxtəlif nəzəri modellər əsasında mühafizəkar qiymətləndirmələrə görə, bu, əslində 400 ildən sonra baş verməli idi. Amma ən pessimist proqnozlar yaxın 40 illik dövrü göstərir.

(adsgarden = window.adsgarden || []).push({});