İranda xromit mədəni çökdü, ölən var


Digərləri 12 Okt 2019 14:58:15 263 0

İranda xromit mədəni çökdü, ölən var

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində xromit mədəni çöküb.

Bakı. Elnur Bağışov - İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində xromit mədəni çöküb. Trend-in məlumatına görə, bunu vilayətin Türbət-Heydəriyyə rayonu fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Məhəmməd Cavad Əmiri deyib. Onun sözlərinə görə, bu gün səhər saatlarında qeydə alınan hadisədə bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.