Aşqabad kimi batan Paşinyan


Dünya 12 Okt 2019 14:31:00 232 0

Aşqabad kimi batan Paşinyan

Azərbaycan respublikası prezidentinin Aşqabadda Böyük Vətən Müharibəsində qazanılan zəfərin 75 ci ildönümünə həsr olunmuş toplantıda etdiyi çıxış cənab Prezidentin ölkənin izlədiyi xarici siyasi kursun növbəti dəfə şanlı qələbəsi kimi dostu sevindirdi, düşmənə isə göz dağı verdi.

Hər zaman qısa, lakonik və eyni zamanda sərt çıxışları ilə yadda qalan cənab prezident regionda Azərbaycanın uğurlu siyasət yeritdiyini və bu gün aradan bəzi qüvvələr çəkilərsə ermənilərin qısa müddət ərzində həm siyasi, həm hərbi, həm də psixoloji baxımdan ciddi zərbələr alacağını tədbir iştirakçılarına uğurlu bir dillə çatdırmış oldu.

Erməni faşistlərinin ideoloji əjdadı sayılan alman faşizmi ilə Qaregen Nijdenin əlaqələrini çox sərrast ifadələrlə dilə gətirən Azərbaycan respublikasının prezidenti sistemli, ardıcıl məntiqi erudisiya ilə Azərbaycan torpaqlarını işğal edən erməni vandalları ilə alman faşistləri arasında elə də ciddi fərq olmadığını dilə gətirərkən hazırkı baş nazir Nikol Paşinyanın əslində cəllad Nijdeyə heykəl ucaldan sələfləri ilə eyni düşüncədə olduğunu da vurğulamış oldu.

Azərbaycanın II dünya müharibəsindəki rolu haqqında geniş, əhatəli məlumat verməklə cənab Prezident bununla Ermənistanın qazanılan qələbədə heç bir ciddi rolunun olmadığını, bu xəbis millətin hətta bu müharibədən belə öz mənfur məqsədləri üçün istifadə etdiklərini söylədi. Burda bir məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin səsindəki qətiyyət, onun bədən dilindən mahir bir psixoloq kimi incəliklə istifadə etməsinin özü belə Nikol Paşinyana sarsıdıcı zərbə endirmək üçün kifayət etmişdi. Qaregen Nijdeyə qoyulan heykəlin Ermənistanın tarixində etdiyi ən böyük səhv olduğunu başa düşmək üçün N. Paşinyana ancaq Aşqabad görüşündə aldığı dərs bəs edəcək zənnimizcə. Artıq Aşqabad şəhəri həm də Ermənistan baş nazirinin yadında Azərbaycan Prezidentinin qarşısında növbəti əziklik sindromu yaşadığı məkan kimi qalacaq. N. Paşinyan yəqin onu da anlayacaq ki, Aşqabadda zəlzələlər təkcə təbiət hadisəsi kimi qeydə alınmır.