Professor Sılanı məhkəməyə verdi


Digərləri 12 Okt 2019 14:39:00 238 0

Professor Sılanı məhkəməyə verdi

Türkiyənin məşhur pop ulduzu Sıla məhkəməyə verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, professor Orxan Kural sənətçinin "Karanfil" adlı mahnısında siqareti təbliğ etdiyini iddia edib.

O, bundan narahat olaraq məhkəməyə müraciət edib. "Bütün dünyada uşaq və gəncləri tütündən uzaq tutmaq üçün məşhur simalardan istifadə edilir. Lakin Sıla Gencoğlunun mahnısının sözlərində siqaretin təbliği var. Bəstənin içində 5 dəfə israrla siqaret çəkməkdən bəhs edilir", - deyə O. Kural bildirib.

(adsgarden = window.adsgarden || []).push({});