Xəzərdə itkin düşmüş balıqçının axtarışları üçün qonşu ölkələrə müraciət olunub (VİDEO)


Digərləri 12 Okt 2019 14:30:21 225 0

Xəzərdə itkin düşmüş balıqçının axtarışları üçün qonşu ölkələrə müraciət olunub (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir.

Bakı. 8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub. Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.