Narkotiki alan da, satan da saxlanıldı


Kriminal 12 Okt 2019 14:11:00 263 0

Narkotiki alan da, satan da saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərovu saxlanılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də tutulub.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 250 qramdan çox heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.