Kirayə qaldığı evdə dəm qazından boğulub öldü


Digərləri 12 Okt 2019 14:19:00 247 0

Kirayə qaldığı evdə dəm qazından boğulub öldü

Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.

1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.

Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.