Suriya sərhədindəki strateji yol ələ keçirildi


Dünya 12 Okt 2019 14:07:00 280 0

Suriya sərhədindəki strateji yol ələ keçirildi

Bir neçə gündür Türkiyə tərəfindən başladılan "Sülh Çeşməsi Hərakatı" çərçivəsində Suriya Milli Ordusu strateji əhəmiyyətə malik ərazini terrorçulardan təmizləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Milli Ordunun əsgərləri Münbiçdən Qamışlıya uzanan strateji əhəmiyyətə malik olan "MS4" yolunu ələ keçiriblər. 

Sözügedən yol terror təşkilatları PKK/PYD və YPG-nin Fırat çayının qərbində  yerləşən Münbiçdən Suriya-Türkiyə-İraq sərhədindəki Qamışlı bölgəsinə çıxışını təmin edirdi. Qeyd edək ki, bu ərazi nəqliyyat və təchizat baxımından böyük önəm daşıyır.