İşləmək adı ilə evdən çıxdı, geri dönmədi


Digərləri 12 Okt 2019 13:24:00 328 0

İşləmək adı ilə evdən çıxdı, geri dönmədi

Daşkəsən rayonunda işləmək adı ilə evdən çıxan 45 yaşlı kişi itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Tapan kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Rövşən İlyas oğlu bir həftə əvvəl evdən işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Daşkəsən RPŞ-yə onun həyat yoldaşı Südabə Abbasova ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.