DİN avtomobillərini satışa çıxarır “BMW 320”, “Mercedes Benz E500”...


Digərləri 12 Okt 2019 13:09:00 270 0

DİN avtomobillərini satışa çıxarır  “BMW 320”, “Mercedes Benz E500”...

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş "BMW 320" maşınının start qiyməti 8000 manat olacaq.

2008-ci il buraxılışlı "QAZ-31105"in ilkin 2000 manata təklif ediləcək.