Türkiyəyə raket atıldı, mərmi jurnalistlərin qaldığı otelə düşdü


Dünya 12 Okt 2019 12:19:00 246 0

Türkiyəyə raket atıldı, mərmi jurnalistlərin qaldığı otelə düşdü

YPG terror təşkilatı tərəfindən Türkiyəyə daha bir raket atılıb.

Son.az haberler-ə istinadla xəbər verir ki, terrorçular tərəfindən atılan mərmi "Sülh bulağı" əməliyyatını izləmək üçün müvəqqəti olaraq Şanlıurfaya köçən jurnalistlərin qaldığı otelin qarşısına düşüb.

Xoşbəxtlikdən mərmi partlamayıb. Əks halda onlarla jurnalist həlak olacaqdı.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus F16 hərbi təyyarələri çərşənbə günü Türkiyənin cənub sərhəddində yaradılmağa çalışan terrorçu dəhlizini məhv etmək məqsədi ilə əməliyyata başlayıb. Əməliyyatın başladığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi Tvitter hesabında status yazaraq elan edib. Türkiyə orudusuna aid qırıcılarla  Aluk, Mustel, Esadiye, Fender və Huşan kəndlərindəki terrorçu "yuva"ları bombalanıb. Əməliyyat başlayandan bu günə qədər 300-ə yaxın terrorçu zərərsizləşdirilib.

(adsgarden = window.adsgarden || []).push({});