Qonşu ölkənin limanlarında yüklənibboşaldılan yüklərin həcmi 81 milyon tonu keçdi


Digərləri 12 Okt 2019 11:47:00 302 0

Qonşu ölkənin limanlarında yüklənibboşaldılan yüklərin həcmi 81 milyon tonu keçdi

İlin əvvəlindən İran limanlarında 81,81 milyon ton yük yüklənib və boşaldılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə  yüklənib-boşaldılan məhsulların həcmi ötən ilin analoji dövrü ilə (74,74 milyon ton) müqayisədə 3,9% artıb.

İranın Limanlar və Dənizçilik Təşkilatının (PMO) bu günə olan hesabatına əsasən, yüklər İranın Abadan, Astara, İmam Xomeyni, Əmirabad, Ənzəli, Cask, Çabəhar, Xürrəmşəhr, Şəhid Bahünər, Şəhid Rəcai, Firudinkenar, Qeşm, Genave, Lenge, Neka və Buşehr limanlarında realizə olunub.

Qeyd olunan müddət ərzində 25,33 milyon ton neft yüklənib və boşaldılıb. Bu isə ötən ilin analoji dövrü (25,75 milyon ton) ilə müqayisədə 1,6% azdır.

Digər yüklərə gəlincə, hesabat dövründə TEU konteyner yükləri 0,88 milyon ton olub. Bu, ötən ilin analoji dövrü (1,38 milyon ton) ilə müqayisədə 35,7% az deməkdir.