"Alisa Mehmet Ali Erbildən istifadə edir"


Digərləri 12 Okt 2019 10:54:00 273 0

"Alisa Mehmet Ali Erbildən istifadə edir"

Son günlər türkiyəli şoumen Mehmet Ali Erbil ilə sevgili olduğu söylənilən Alisa Nasya Deniz haqda yeni iddialar ortaya atılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, şoumenin yaxın dostu Tolqa Yüce canlı yayıma qatılaraq Alisanın Erbille sadəcə dost olduğunu bildirib.

"Alisa ilə Mehmet Ali eyni evdə yaşayırlar. Ancaq onların arasında sevgi münasibəti yoxdur. Alisa məşhur olmaq istəyir. Ona görə də, getdiyi hər yerə müxbirləri çağırır. Erbil günlərlə səbr etdi. "Müxbirlərə açıqlama vermə" dedi. Ancaq qız onun sözünü dinləmək istəmir. Alisa sadəcə ondan istifadə edir" deyə, o bildirib.

Alisa isə İnstaqram hesabında bütün iddiaları yalanlayıb. O, şoumen ilə reklam məqsədi ilə birlikdə olmadığını və bu iddialara çox məyus olduğunu dilə gətirib. Gənc qız bundan sonra haqqında yazılacaq əsli olmayan xəbərlər üçün hüquqi yollara baş vuracağını deyib.

(adsgarden = window.adsgarden || []).push({});