Politoloq: Prezident İlham Əliyev öz çıxışı ilə Ermənistanın baş nazirini yerində oturtdu


Digərləri 12 Okt 2019 10:16:00 291 0

Politoloq: Prezident İlham Əliyev öz çıxışı ilə Ermənistanın baş nazirini yerində oturtdu

İlham Əliyev MDB dövlət başçılarının Aşqabaddakı görüşündəki mühüm siyasi çıxışı ilə Ermənistanın yürütdüyü siyasətin heç bir arqumentə söykənmədiyini bir daha göstərdi.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Aşqabaddakı görüşündəki mühüm siyasi çıxışı ilə Ermənistanın yürütdüyü siyasətin heç bir arqumentə söykənmədiyini bir daha göstərdi. Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, MDB dövlət başçılarının Aşqabaddakı görüşündə növbəti dəfə qeyri-adekvat mövqe nümayiş etdirən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin həmin görüşdəki çıxışından sonra onun arqumentləri qarşısından geri çəkilməyə məcbur oldu: “Bu, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. MDB dövlət başçılarının Aşqabaddakı görüşündə Prezident İlham Əliyev öz çıxışı ilə Paşinyanı yerinə “otuzdurdu”. Bununla yanaşı, MDB-nin dövlət başçıları bir daha başa düşdülər ki, Paşinyanın yürütdüyü siyasət MDB məkanında olan dövlətlərə zərərdir. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, İlham Əliyev çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı ilə Ermənistanın həm Azərbaycanın ərazi bütövlüyü, həm də MDB məkanına aid olan digər istiqamətlərlə bağlı yürütdüyü siyasətin çox geridə qalmış və heç bir arqumentə söykənmədiyini bir daha əsaslandırdı. Bu, Prezidentin Paşinyan üzərindəki növbəti üstün həlledici zərbəsi oldu”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin